“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 №li MƏKTƏB-LİSEYİN ŞAMAXI SƏFƏRİ

25/05/2026, 10:36
xeber1


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan 20 nömrəli Məktəb-Liseyin ittifaq üzvləri üçün birgünlük Şamaxı səfəri təşkil edilib.

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi gərginliyin azaldılması, həmçinin kollektiv daxilində qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən bu səfər iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib.

Səfər çərçivəsində kollektiv üzvləri Şamaxı rayonunun füsunkar təbiəti, təmiz havası və gözoxşayan mənzərələri ilə yaxından tanış olublar. Təbiət qoynunda keçirilən ekskursiya ittifaq üzvlərinə gündəlik iş mühitindən uzaqlaşmaq, mənəvi rahatlıq tapmaq və xoş ovqatda vaxt keçirmək imkanı yaradıb.

Səfər zamanı təhsil işçiləri arasında səmimi ünsiyyət, qarşılıqlı anlaşma və kollektiv həmrəyliyi daha da möhkəmlənib. Birlikdə keçirilən xoş anlar, maraqlı söhbətlər və yaddaqalan xatirələr iştirakçılar üçün xüsusi əhəmiyyət daşıyıb.

Rahat nəqliyyat, maraqlı marşrut, əlverişli hava şəraiti və yüksək təşkilatçılıq səfərin xoş təəssüratlarla yadda qalmasına şərait yaradıb. Ekskursiya iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli bir tədbir kimi qeyd olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən həyata keçirilən bu kimi layihələr təhsil işçilərinin mənəvi istirahətinin təmin olunmasına, onların sosial rifahının yüksəldilməsinə və kollektiv ruhunun daha da gücləndirilməsinə xidmət edir.

20 nömrəli Məktəb-Liseyin kollektivi yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirərək bu kimi səfərlərin davamlı təşkil olunmasını arzulayıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: