Xəbərlər
20 mart – Ramazan ayı və Novruz bayramı münasibətilə həmkar üzvlərimiz olan şəhidlərimizin ailələri ziyarət olundu.
19/03/2026, 10:10

20 mart – Ramazan ayı və Novruz bayramı münasibətilə valdeyini həmkar üzvümüz olan şəhidlərimiz Mikayıllı Mikayıl Mixvər oğlunun, Qarayev Məhəmməd Mahir oğlunun, Eyyubov Sərvan Yusif oğlunun, Soltanbəyli Tamerlan İmran oğlunun və İdrisov Ruslan Qalib oğlunun ailələri ziyarət olunmuşdur.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Vətənə qəhrəman övlad bəxş edən analara minnətdarlıq ifadə olunmuşdur. Qeyd edilmişdir ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.







