Xəbərlər
20 NÖMRƏLİ MƏKTƏB-LİSEYİN MÜƏLLİMLƏRİ FƏXRİ FƏRMANLA TƏLTİF OLUNDU

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin bir qrup müəllimi uzun illər təhsil sahəsinə verdikləri dəyərli töhfələrə, səmərəli pedaqoji fəaliyyətlərinə, peşəkarlığına və yüksək məsuliyyətinə görə Fəxri Fərmanla təltif olunublar.
Bu müəllimlər on illərlə şagirdlərin yüksək keyfiyyətli təhsil almasında, intellektual inkişafında və vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayıblar. Zəngin pedaqoji təcrübələri ilə məktəbin nailiyyətlərinə əhəmiyyətli töhfə verən bu təcrübəli müəllimlər kollektivin ən dəyərli üzvləri kimi tanınırlar.
Kollektiv adından dəyərli müəllimlərimizi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
















