Xəbərlər
“20 noyabr - Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Milli Kitabxanada “20 noyabr - Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
2020-ci il 20 noyabr — Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu hərbi-siyasi gücünü ortaya qoyaraq Ağdam rayonunu işğaldan azad edib. Ölkə rəhbərinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən hər il noyabrın 20-si “Ağdam Şəhəri Günü” kimi qeyd olunur.
Virtual sərgidə rəsmi sənədlər, fotoşəkillər, Ağdamda aparılan geniş quruculuq və yenidənqurma işləri, Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Ağdam şəhərinin tarixi, toponimləri, işğalı zamanı dağıdılmış və viran edilmiş tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri, Vətən müharibəsi və şanlı Qələbə, Ağdam rayonunun bərpasından və ölkə başçısının həmin bölgəyə səfərləri, tarix yazan qəhrəmanlar haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Mənbə:millikitabxana.az



