Xəbərlər
20 noyabr “Ağdam Şəhəri Günü"
20/11/2025, 17:08

“Ağdam Şəhəri Günü" münasibətilə bu torpağın inkişafı və gələcəyi üçün çalışan bütün həmkarlarımızı və sakinlərimizi təbrik edirəm. İşğaldan azad olunmuş Ağdamın yenidən qurulması hər birimizin üzərinə məsuliyyət qoyur. Biz də təhsil sahəsində fəaliyyət göstərən həmkarlar olaraq şəhərin sosial və tədris mühitinin yaxşılaşmasına öz töhfəmizi verməyə davam edirik. Ağdamın dirçəlişində əməyi olan hər kəsə təşəkkür edir, şəhərimizin daha da inkişaf etməsini arzulayıram.



