Xəbərlər
20 Noyabr Ümumdünya Uşaq Hüquqları günü
20/11/2025, 16:50

20 Noyabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tədbirlər planına uyğun olaraq Ümumdünya Uşaq Hüquqları günü münasibətilə 8 nömrəli körpələr evi uşaq bağçasında tədbir keçirdi.İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət himni səsləndi. Daha sonra tədbir bədii hissəilə davam etdi.Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən vəzifə öhdəliklərini layiqncə yerinə yetirildiyinə görə bir qrup tərbiyəçi müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edildi.





