“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 Sentyabr –“Dövlət Suverenliyi günü” ilə bağlı dəyirmi masalar təşkil olunub.

20/10/2025, 18:05
xeber1

Bu gün 12 nömrəli tam orta ümumtəhsil məktəbində və Şəki-Zaqatala Regional Təhsil İdarəsində “Suverenlik Günü” ilə bağlı dəyirmi masa təşkil edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tədbirin açılış nitqi ilə çıxış edib.Məruzə nitqi ilə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,daha sonra isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Müdir müavini Hafiz Pənahov və İdarənin baş məsləhətçisi Elxan Abdullayev çıxış ediblər.

Çıxış edənlər Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlərdən söz açaraq ulu öndər Heydər Əliyevin suverenliyin qorunub saxlanılmasındakı, Prezident İlham Əliyevin isə onun möhkəmləndirilməsində və ərazi bütövlüyünün bərpasındakı tarixi xidmətlərini xüsusi vurğulayıblar.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir.

Sonda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: