“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirildi

18/09/2026, 17:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Ağcabədi Rayon Dövlət Rəsm Qalereyası və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun tərəfdaşlığı ilə “Müstəqil və Suveren Azərbaycan: Keçmişimiz, bu günümüz və gələcəyimiz” mövzusunda tədbir keçirilib.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi dönüş yaradıb. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması ilə bu proses yeni mərhələyə keçib.

Tədbir Azərbaycanın dövlətçilik və suverenlik tarixini əks etdirən rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə başlayıb.

Daha sonra tədbirin rəsmi hissəsində Azərbaycanın dövlətçilik ənənələri, müstəqillik və suverenliyin əhəmiyyəti, ölkəmizin keçdiyi tarixi inkişaf yolu və gənclərin dövlətçilik dəyərlərinin qorunmasında rolu barədə çıxışlar dinlənilib.

Tədbir çərçivəsində ETİHİ Ağcabədi Rayon Komitəsinin fəal üzvləri – Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin müəllimi Qənbərova Laləzar Çingiz qızı, Ağcabədi şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əkbərova Nərminə Yaqub qızı və Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Zalova Nazpəri Samir qızı çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsində mühüm rol oynayan tarixi hadisələrə nəzər salınıb, müstəqil Azərbaycanın bu günü və gələcək inkişaf perspektivləri barədə dəyərli fikirlər səsləndirilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və dövlətçilik dəyərlərinin, milli həmrəyliyin və vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətli olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: