Xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü anılır
20/01/2026, 12:41

20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin nümayəndələri və ümumtəhsil müəssisələrinin ilk təşkilat sədrləri 20 Yanvar abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri və əklillər düzülüb, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. İştirakçılar, həmçinin 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq salnaməsi və milli iradənin simvolu olduğunu vurğulayıblar.
Şəhidlərimizin göstərdiyi fədakarlıq gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qəlblərdə əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






