Xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
19/01/2026, 23:31

Qarabağ Regional Təhsil İdarəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra faciənin xatirəsinə videoçarx nümayiş etdirilib.Tədbirdən sonra Şəhidlər Xiyabanını ziyarət olundu. Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları önünə gül dəstələri qoyulub.










