“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 yanvar şəhidləri ehtiramla yad edilib

20/01/2026, 15:21
xeber1

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanın Ermənistandakı tarixi torpaqlardan deportasiyası, sovet rəhbərliyinin ədalətsizliyi və fəaliyyətsizliyi kütləvi etirazlara, milli azadlıq hərəkətin gücləndirilməsinə səbəb olmuşdur. 1990-cu il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu fövqəladə vəziyyət elan etmədən dinc əhaliyə qarşı qırğın törədib. Rəsmi məlumatlara görə, hadisələr zamanı 147 şəhid olmuş, 744-dən çox insan yaralanmış, onların arasında universitet və məktəb müəllimləri də olub, 841 nəfər qanunsuz həbs edilmişdir. Ölənlər arasında uşaqlar, qadınlar, yaşlılar və tibb işçiləri də var idi. 20 yanvar şəhidlərinin qanları yerdə qalmadı. Onların arzuları həyata keçdi - Azərbaycan müstəqil ölkədir, torpağlarımız işğaldan azad olunub. 

Bu faciə Azərbaycan xalqının həm qanlı, həmçinin, qəhrəmanlıq səhifəsidir. Bu təqvim günü xalqımızın azadlıq iradəsini, milli ləyaqətini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi və heç sübhəsiz ki, bu milli iradə müstəqil ölkəmizin Qalib bir ölkəyə çevrilməsinə də böyük təkan verdi. 

20 yanvar faciəsinin 36-cı ildönümündə Azərbaycan xalqımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəzinə ucalmış həmyerlilərimiz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin nümayəndələri tərəfindən Şəhidlər Xiyabanında hörmət və ehtiramla yad edilib.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: