Xəbərlər
20 Yanvar Şəhidləri Məktəbdə Anılıb

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov, Rəyasət Heyətinin üzvü, şəhid anası Könül Nəcəfova, məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Anım mərasimi zamanı iştirakçılar şəhidlərin xatirəsinə yaradılmış guşə önünə tər qərənfillər düzərək, Vətənimizin azadlığı naminə canını fəda etmiş qəhrəman övladlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti vurğulanıb, bu günün gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında oynadığı rol xüsusi qeyd olunub.
Keçirilən anım tədbiri şagirdlərdə milli yaddaşa bağlılığın, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın bariz ifadəsi kimi yadda qalıb.




