Xəbərlər
20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbir
21/01/2026, 14:31

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanla yazılmış yaddaşıdır.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Həmkarlar İttifaqı xətti ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir zamanı tələbələr tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilmiş, 20 Yanvar faciəsini əks etdirən səhnə canlandırmaları nümayiş etdirilmişdir.
Kollecin kollektivi olaraq, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və hörmətlə yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.





