Xəbərlər
20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri
12/03/2026, 09:58

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qan yaddaşıdır. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Həmkarlar İttifaqı xətti ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir zamanı tələbələr tərəfindən şeirlər səsləndirilmiş, səhnə canlandırmaları təqdim olunmuşdur. Kollecin kollektivi olaraq, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin




