Xəbərlər
20 Yanvar şəhidlərinin xatirəsi Ağdamda anıldı.
20/01/2026, 13:03

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam rayonunda şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Anım tədbiri zamanı şəhidlərin məzarları və xatirə abidələri ziyarət olunub, üzərlərinə gül dəstələri qoyulub. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin rəhbərliyi və üzvləri iştirak ediblər. Çıxışlarda 20 Yanvar hadisələrinin xalqımızın tarixindəki yeri qeyd olunub, şəhidlərin xatirəsinin daim yad ediləcəyi vurğulanıb.




