“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol yarışları davam edir

19/01/2026, 16:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş voleybol yarışları keçirilir. Yarışların qızlardan ibarət mərhələsinə artıq yekun vurulub.

Tədbirin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla yad edilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliğidir. Qızlar arasında keçirilən oyunlar gərgin və maraqlı mübarizə şəraitində keçmiş, komandalar yüksək idman bacarığı və komanda ruhu nümayiş etdirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: