Xəbərlər
20 Yanvar – Ümumxalq Hüzn Günü
20/01/2026, 15:42

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi, Şəmkir rayon Təhsil Sektoru, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvləri Şəmkir rayonunda Şəhidlərin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan xalqının qəhrəman övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, xatirələrini daim uca tuturuq.




















