Xəbərlər
20 Yanvar — Xalqımızın Azadlıq Mübarizəsinin Unudulmaz Səhifəsi

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi rayon ictimaiyyəti ilə birgə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib. Tədbir çərçivəsində Şəhidlər Xiyabanı ziyarət olunub.
Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan xalqının mübarizə ruhunun, azadlıq və suverenlik əzminin parlaq simvolu olduğu vurğulanıb.
Bildirilib ki, bu qanlı tarix xalqımızın yaddaşında daim yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi hər zaman uca tutulacaqdır.
Ruhları şad, məkanları cənnət olsun!





