“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

20 İyul – Beynəlxalq Şahmat Günü münasibətilə rayon turniri keçirilib

20/07/2026, 17:29
xeber1

Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektoru, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş yeniyetmələr arasında Ağcabədi rayon şahmat turniri keçirildi.

Turnirdə 2 yaş qrupu üzrə ümumilikdə 30 şahmatçı öz qüvvəsini sınayıb.

Tədbirin əsas məqsədi yeniyetmələr arasında intellektual idman növü olan şahmatın təbliği, asudə vaxtın səmərəli təşkili, sağlam rəqabət mühitinin formalaşdırılması və iştirakçılara şahmatın yaranma tarixi, inkişaf mərhələləri barədə ətraflı məlumat verilməsi olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: