“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

201 nömrəli tam orta məktəbdə növbədənkənar hesabat-seçki iclası keçirilib

22/12/2025, 16:26
xeber1

22 noyabr 2025-ci il tarixində 201 nömrəli tam orta məktəbdə pedaqoji kollektivin müraciəti əsasında növbədənkənar hesabat-seçki iclası təşkil olunmuşdur.

İclas Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədovun iştirakı ilə keçirilmişdir. Sübut Əsədov iclası açaraq çıxış etmiş, kollektivin müraciətini nəzərə alaraq növbədənkənar seçkinin keçirilməsini məqsədəuyğun hesab etdiyini bildirmiş və iştirakçılara müvafiq tövsiyələrini vermişdir.

İclasın gündəliyinə uyğun olaraq əvvəlki idarə heyətinin fəaliyyəti dayandırılmış, 11 nəfərdən ibarət yeni idarə heyəti və 3 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilmişdir.

Keçirilən səsvermənin nəticələrinə əsasən Hüseynova Arzu səs çoxluğu ilə növbəti seçkiyədək ilk həmkarlar təşkilatının sədri seçilmişdir.

Tədbirin sonunda yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulanmışdır.

 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: