Xəbərlər
2025-2026 -cı tədris ilində yüksək balla ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

Yevlax Şəhər İcra Hakimiyyəti və Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komiyəsinin birgə təşkilatçılığı ilə 2025-2026 -cı tədris ilində yüksək balla ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.
“Təhsildən tərəqqiyə: Heydər Əliyev və milli kadr siyasəti” adlı tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova,Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Yevla Şəhər Komitəsinin sədri Əfsanə Səlimova, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətində davam edən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Videofilm nümayiş etdirilib.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sevda Kərimova, Yevlax rayon üzrə ən yüksək bal toplayan məzunun valideyni Aybəniz Məsimova, Yevlax rayon üzrə 679 bal toplayaraq ən yüksək nəticə göstərən Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Arif Məsimli çıxış edərək məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, tələbə adını qazanan məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Fəxri Fərmanları və hədiyyələr təqdim olunub.





















