Xəbərlər
2025-2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş

EtihiQazax Rayon komitəsi
2025-2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.Görüşdə Respublika Fənn Olimpiadalarının qalibləri, qızıl nişanla təltif olunan eləcədə 600-dən yüksək bal toplayan məzunlar iştirak ediblər.Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax Təhsil Sektorunun müdiri Carçıyev İslam və Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Donora Həsənova, yüksək nəticə göstərən məzunlar iştirak ediblər.Görüşdə məzunların əldə etdikləri uğurlar yüksək qiymətləndirilib.Qazax təhsil sektorunun müdiri İslam Carçıyev çıxış edərək yüksək nəticə göstərən məzunları təbrik edib, onların qazandıqları uğurların əhəmiyyətini vurğulayıb. Digər çıxış edənlər də məzunları təbrik edərək onların naliyyətlərindən söz açıblar.Sonda yüksək nəticə göstərən məzunlara Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.










