“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2025-2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

09/09/2026, 21:54
xeber1

Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Görüşdə Respublika Fənn Olimpiadalarının qalibləri, qızıl və gümüş nişanla təltif olunan, eləcə də qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlar iştirak ediblər.

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Qurban Məmmədov, Tədrisin keyfiyyəti sektorunun müdiri Elməddin Bəşirov, məktəb direktorları, müəllimlər və yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Görüş zamanı məzunların əldə etdikləri uğurlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu nailiyyətlər məktəb kollektivinin, müəllimlərin, valideynlərin və şagirdlərin birgə, məqsədyönlü əməyinin nəticəsidir.

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev çıxış edərək yüksək nəticə göstərən məzunları təbrik edib, onların qazandıqları uğurların əhəmiyyətini vurğulayıb. O, məzunların qarşıya qoyduqları hədəflərə nail olacaqlarına inamını ifadə edərək, gələcək təhsil həyatlarında onlara uğurlar arzulayıb.

Digər çıxış edənlər də məzunları təbrik edərək onların qazandıqları nailiyyətlərdən söz açıblar. Qeyd olunub ki, yüksək nəticələr məktəbin digər şagirdləri üçün də mühüm motivasiya mənbəyidir və onları daha böyük uğurlara ruhlandırır.

Sonda yüksək nəticə göstərən məzunlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: