“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2025–2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

10/09/2026, 09:21
xeber1

Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ilində yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Görüşdə Respublika Fənn Olimpiadalarının qalibləri, qızıl və gümüş nişanla təltif olunan, həmçinin qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunların uğurları qeyd olunub. Bildirilib ki, bu nailiyyətlər şagirdlərin əzmkarlığı ilə yanaşı, müəllimlərin, valideynlərin və məktəb kollektivinin birgə əməyinin nəticəsidir.

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev çıxış edərək məzunları təbrik edib, onların gələcək təhsil və karyera həyatlarında uğurlar arzulayıb.

Görüşün sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən yüksək nəticə göstərən məzunlara müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələr məzunlara həmkarlar ittifaqının nümayəndələri tərəfindən təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: