“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12/09/2025, 14:42
xeber1

Sentyabrın 12-də “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusuna həsr olunmuş görüş baş tutub.


Toplantıda elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak edib.


Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan islahatlar, mövcud çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O həmçinin yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.


Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev çıxış edərək şagird nailiyyətlərinin milli qiymətləndirilməsi tədqiqatının məqsədi, keçirilməsi və nəticələri, məzmun və metodik dəstək istiqamətində son dövrlərdə görülən işlər, eləcə də aparılmış keyfiyyət monitorinqlərinin nəticələri barədə təqdimat edib.


Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov və Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə də çıxış edərək öz təklif və fikirlərini bölüşüblər.


Elm və təhsil naziri Emin Əmrullayev nitqində 2025–2026-cı tədris ilində qarşıya qoyulan prioritet istiqamətlər, təhsil siyasətində nəzərdə tutulan əsas hədəflər və gözlənilən yeniliklər barədə geniş məlumat verib. Nazir təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində görüləcək işlərdən bəhs edib.


Emin Əmrullayev çıxışında əlavə olaraq vurğulayıb ki, davamlı islahatlar nəticəsində təhsilin bütün pillələrində şəffaflıq, effektiv idarəetmə və nəticəyönümlü yanaşma əsas prinsip olacaq. Nazir, həmçinin, müəllim və şagirdlərin dəstəklənməsinin vacibliyini qeyd edərək bu istiqamətdə yeni təşəbbüslərin həyata keçiriləcəyini bildirib.


Tədbir uşaq-gənclər inkişaf mərkəzlərinin məktəblilərinin ifasında musiqi nömrələri ilə davam etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: