“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2025-ci ilin oktyabr ayi Vətən müharibəsi şəhidilərinin anım günləri

23/10/2025, 12:21
xeber1

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayır. 2025-ci ilin oktyabr ayi Vətən müharibəsi şəhidilərinin anım günləri ilə əlaqədar Mikayıllı Elgün Aqil oğlunun Xıl kəndində və Əlizadə Famil Habil oğlunun Ərkivan qəsəbəsində anım tədbirləri keçirilib. Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhid məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Tədbirlərdə şəhidlərin keçdiyi şərəfli döyus yolundan söz açılıb, onların Vətən uğrunda göstərdiyi şücaətin bu gün gənclərə örnək olduğunu qeyd edilib.

Tədbirlər zamanı hər iki şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkür etmiş, övladlarının vətən uğrunda can verməsinin qürur mənbəyi olduğunu bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: