“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2026 -ci ilin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi ilə əlaqədar ETİHİ Yevlax Şəhər Komitəsinin təhsil işçilərindən ibarət 20 nəfər ittifaq üzvü ölkəmizin tarixi memarlıq mərkəzi olan İçəri Şəhərə ekskursiya ediblər

06/04/2026, 11:01
xeber1

2026 -ci ilin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Yevlax Şəhər Komitəsinin Tarix və Coğrafiya müəllimlərindən,I və II Qarabağ müharibələri ,Aprel döyüşləri iştirakçıları olmuş qazi təhsil işçilərindən ibarət 20 nəfər ittifaq üzvü ölkəmizin tarixi memarlıq mərkəzi olan İçəri Şəhərə ekskursiya ediblər.

İttifaq üzvləri əvvəlcə I Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı üzərinə qərənfillər qoyublar. Sonra II Fəxri Xiyabana gedərək Şəhidlərimizin məzarları üzərinə qərənfillər qoyublar.

Ekskursiya zamanı üzvlərimiz tur bələdçisi ilə birlikdə İçəri Şəhərin tarixi abidələrini ; Şirvanşahlar sarayı, Məhəmməd məscidi, Qız qalası ,Bəylər məscidi və digər qədim tarixi abidələri yaxından görüb şəkillər çəkdiriblər.

Maraqlı ,xoş təəssürat bağışlayan və təhsil işçilərinin ixtisaslarına dəstək verici təşəbbüşə görə ETİHİ Yevlax Şəhər Komitəsi bütün ittifaq üzvləri adından Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərlərinə dərin təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: