Xəbərlər
207 nömrəli məktəbin Xızı rayonundan yaddaqalan səfəri
13/05/2026, 10:00

Bu həftəsonu ETİHİ Nərimanov Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin kollektivi Xızı rayonuna istirahət və gəzinti səfəri təşkil edib.
Səfər çərçivəsində kollektiv Xızının füsunkar təbiəti, təmiz havası və gözəl mənzərələri fonunda xoş və yaddaqalan vaxt keçirib. Birlikdə keçirilən bu istirahət günü həm əməkdaşlar arasında səmimi münasibətlərin daha da möhkəmlənməsinə, həm də kollektiv ruhunun güclənməsinə töhfə verib.
Həmkarlarımızın xoş əhval-ruhiyyə və birlik içində keçirdiyi bu səfərin xoş xatirələri uzun müddət yadda qalacaq..






