“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

22 Aprel – “Yer Kürəsi Günü” həmkarlar üçün quiz-viktorina təşkil edilib

23/04/2026, 10:53
xeber1

22 Aprel – “Yer Kürəsi Günü” Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin mütəxəssisi Elçin Sərdarovun moderatorluğu ilə üzv təşkilatların sədrlərin, biologiya və digər fənn müəllimlərin iştirakı ilə “Bərpa olunan Enerji” mövzusunda “Gücümüz, Planetimizdir” devizi ilə Quiz-viktorina keçirilib. Təhsil işçiləri “Yer Kürəsi Günü” ilə bağlı Quiz-viktorinada mərcan rifləri və iqlim dəyişikliklərinə aid sualları cavablandırıb, biologiya elminə aid yeni məlumatlar əldə edib, dayanıqlı inkişaf, təhsil, innovasiya, insan sağlamlığı, təhlükəsizlik və təbiətlə harmoniyaya aid fikir mübadiləsi aparıblar. Onlayn formatında keçirilmiş intellektual tədbir təhsil işşiləri tərəfindən maraqla qarşılanıb, onun davamlı olması ilə bağlı təkliflər verilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: