Xəbərlər
22 oktyabr 2025-ci il tarixdə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon İşıqlı kənd tam orta məktəbin müəllimi Quliyeva Şəkər Soltan qızının 65 illik yubileyi qeyd olunmuşdur.

22 oktyabr 2025-ci il tarixdə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon İşıqlı kənd tam orta məktəbin müəllimi Quliyeva Şəkər Soltan qızının 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Ofelya Yusifova, İlk Həmkarlar təşkilatının sədri Yeganə Abdullayeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Quliyeva Şəkər Soltan qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman, mükafat və gül dəstəsi təqdim olunmuşdur.






