Xəbərlər
22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə ETİHİ Sabirabad rayon Komitəsinin Sədri Seyidhüseyn Hüseynov ,Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və regionda fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan, cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, qeyd edib ki, milli mətbuatımızın əsası böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulub və ötən illər ərzində Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi, sosial və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.
Onlar idarənin operativ informasiya siyasətini, media ilə açıq dialoqa üstünlük verməsini yüksək qiymətləndirərək göstərilən diqqət və səmimi qəbula görə təşəkkürlərini bildiriblər.
Sonda elm və təhsil sahəsini işıqlandıran media nümayəndələrinə fəaliyyətlərinə görə təşəkkürnamələr və hədiyyələri təqdim edilib.






