“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

22.04.2026-cı il tarixdə ETİHİ Balakən rayon komitəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil Sektorunun və Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ittifaq üzvləri arasında şahmat idman final turniri keçirildi.

23/04/2026, 17:35
xeber1

Şahmat turnirində ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva iştirak etdilər.

Turnirin qalibləri ETİHİ Balakən Rayon Komitəsinin tərəfindən kubok, medal və fəxri fərmanlarla təltif olundur.

Turnirdə:

I yer – Qımrıyeva İlhamə Bəşir, Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin psixoloqu

II yer – Qallacov Murad Şamil, Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

III yer – Qarayev Tamerlan Soltan, Gərəkli kənd Mikayıl Müşfiq adına tam orta ümumtəhsil məktəbinin müəllimi layiq görüldü.

Qalibləri ETİHİ Balakən rayon komitəsi adından təbrik edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: