Xəbərlər
221 və 41 nömrəli körpələr evi-uşaq bağçalarının əməkdaşları Qəbələ rayonuna təşkil olunan səfərdə iştirak ediblər.
05/08/2026, 15:03

ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən 221 və 41 nömrəli körpələr evi-uşaq bağçalarında çalışan Həmkarlar İttifaqı üzvləri üçün Qəbələ rayonuna səfər təşkil olunub. Səfər zamanı ittifaq üzvləri Qəbələnin təbii gözəllikləri ilə tanış olub, rayonun müxtəlif məkanlarında olublar. Qəbələdə keçirilən gün kollektiv üzvləri üçün xoş əhval-ruhiyyə və maraqlı təəssüratlarla yadda qalıb.
Səfər iştirakçıları göstərilən diqqət və dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.




