Xəbərlər
223 nömrəli məktəbin təhsil işçilərinin Lənkəran səfəri
19/06/2026, 13:25

223 nömrəli məktəbin təhsil işçilərinin Lənkəran səfəri
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 223 nömrəli tam orta məktəbin təhsil işçiləri Lənkəran rayonuna təşkil olunmuş səfərdə iştirak ediblər.
Səfər zamanı iştirakçılar Lənkəranın zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olub, rayonun füsunkar guşələrini ziyarət ediblər.
Bu cür səfərlər təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, həmkarlar arasında ünsiyyətin möhkəmləndirilməsi və xoş təəssüratların qazanılması baxımından xüsusi əhəmiyyət daşıyır.






