“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

229 nömrəli tam orta məktəbdə şəhid Pənahov Əkbər Bəyləroğlunun anım günü qeyd olunub.

25/11/2025, 15:47
xeber1

Bu gün 229 nömrəli tam orta məktəbdə Vətən müharibəsinin qəhrəmanı, 44 günlük Vətən müharibəsində şəhid olmuş Pənahov Əkbər Bəyləroğlunun anım günü keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutub. Anım mərasimində şəhidin ailə üzvləri, məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Əkbər Pənahovun göstərdiyi igidliklərdən, Vətənə olan sədaqətindən, onun şəhidlik zirvəsinə ucalmaqla Azərbaycan gəncliyi üçün nümunəvi bir qəhrəman obrazı yaratdığından danışıblar. Şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonda məktəb kollektivi tərəfindən şəhidin ruhuna dualar oxunub və onun xatirəsinə həsr olunmuş kompozisiya təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: