“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

23 aprel 2025-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl rayonu üzrə təhsil sektoru, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Göygöl Kitab Marafonu" layihəsi çərçivəsində bilik yarışı başa çatıb.

21/10/2025, 07:24
xeber1

Layihənin yekun tədbirində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev iştirak edib.

Gərgin və maraqlı keçən bilik yarışının sonunda qaliblər müəyyən edilib.

"Göygöl Kitab Marafonu" layihəsi çərçivəsində keçirilən bilik yarışının nəticələri aşağıdakı kimi olub:

* I yer - Göygöl şəhəri 5 nömrəli tam orta məktəb

* II yer - Göygöl şəhəri 3 nömrəli tam orta məktəb

* III yer - Göygöl rayon Texniki və Təbiət təmayüllü lisey

Yarışın sonunda qalib komandalara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən medallar, diplomlar və kubok təqdim olunub.

Layihə iştirakçıları ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: atiahi-goygol-rk@mail.ru

#AHİK

#ATİAHİ

#ATİAHİninGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: