Xəbərlər
23 aprel 2026-cı il tarixdə GDU-nun HİK-nin təşkilatçılığı ilə “Əməyin mühafizəsi və Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir keçirilib.

23 aprel 2026-cı il tarixdə GDU-nun HİK-nin təşkilatçılığı ilə “Əməyin mühafizəsi və Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir keçirilib.
Tədbir GDU-nun professor müəllim heyətinin, HİK-nin idarə heyətinin,fakültə təşkilat sədrlərinin iştirakı ilə keçirilib. Tədbirdə həmçinin GDU-nun əməyin təhlükəsizliyi üzrə mühəndisi ,GDU-nun mülkü müdafiə qərərgah rəisi də iştirak ediblər.
Tədbirdə HİK-nin sədri Afaq Qasımova iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının,işçilərin hüquqlarının qorunmasının , psixoloji dəstəyin təmin edilməsinin, sağlam psixososial mühitin yaradılmasının vacibliyini vurğulayıb.
Çıxışının sonunda o,əməyin mühafizəsi bizim borcumuzdur.Sağlam psixososial mühit isə bizim vicdanımızdır fikrini xüsusi vurğulayıb və bütün əməkdaşları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.Tədbirdə universitetin hüquqşünası Günay Sirinova,əməyin təhlükəsizliyi üzrə mühəndis Sərxan Bağırov,qərargəh rəisi Musa Qasımov , azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev,fizika kafedrasının dosenti Rasim Hüseynov,təhsilin pedaqogikası və mütodikası kafedrasının müdiri Allahverdi Quliyev çıxış edərək sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasının vacibliyini vurğulayıblar.Qeyd olunub ki, əməyin mühafizəsi yalnız texniki təhlükəsizlik qaydaları ilə məhdudlaşmır.Bu,işçinin həyatına verilən dəyərin konkret ifadəsidir.Təhlükəsiz iş şəraiti yaratmaq - hər bir rəhbərin vəzifəsi,hər bir işçinin isə hüququdur.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib və geniş fikir mübadiləsi aparılıb.







