Xəbərlər
23 May 2025 ci il tarixdə Şuşa UGİŞM- in idman zalında Müstəqillik gününə həsr olunmuş ənənəvi mini-futbol turniri keçirilmişdir.

23 May 2025 ci il tarixdə Şuşa UGİŞM- in idman zalında Müstəqillik gününə həsr olunmuş ənənəvi mini-futbol turniri keçirilmişdir.Tədbir Dövlət Bayrağının zala gətirilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başladı.Daha sonra məktəbin direktoru tədbiri açaraq yarış iştirakçılarına uğurlar arzuladı. ATİAHİ Şuşa RK nın sədri Arif Dostiyev çıxış edərək Müstəqillik günü barədə məlumat verdi.İdmnçılara həmişə idmanda qalmağı arzuladı.Ölkəmizin qazandığı idman uğurlarından danışdı.
Daha sonra hakimlər dairəvi qrup üzrə başlayan yarışa start verdilər.
Yekunda Şuşa UGİŞM komandası I yeri,7 nömrəli məktəbin" Şuşa qalası" komandası ll yeri,Malıbəyli məktəbinin " Xarıbülbül" komandası lll yeri tutmuşdur.Qalib komandalarının üzvlərinə tutduqları yerlərə uyğun medallar,kubok ,məşqçilərinə isə fəxri fərman təqdim olunmuşdur.
Hakimlər heyəti yarışın keçirilməsindən çox razı qaldıqlarını,təşkilatçılıq üçün ATİAHİ Şuşa Rayon Komitəsinə təşəkkürlərini bildirdilər.







