“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2–3 may tarixlərində Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Azərbaycan Texniki Universiteti Debat Klubunun təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Big Revival” adlı XXX daxili debat turniri keçirilib.

08/05/2026, 14:32
xeber1

Turnirdə universitet tələbələrindən ibarət komandalar müxtəlif mövzular ətrafında debat apararaq öz analitik düşünmə, arqumentasiya və ictimai çıxış bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca iştirakçılar yüksək rəqabət şəraitində mübarizə aparıblar.

Turnirin final mərhələsi 7 may tarixində baş tutub. Final oyununda təsdiq mövqeyində “Fərqi yoxdur”, inkar mövqeyində isə “İtimin üzünə durublar” komandaları qarşı-qarşıya gəlib. Maraqlı və gərgin keçən debatın nəticəsinə əsasən “İtimin üzünə durublar” komandası turnirin qalibi adına layiq görülüb.

Eyni zamanda turnir çərçivəsində fərdi göstəricilərə əsasən “Ən yaxşı məşqçi”, “Ən yaxşı hakim” və turnirin ən yaxşı natiqləri də müəyyən edilərək təltif olunublar.

Qeyd edək ki, “Big Revival” daxili debat turniri tələbələrin intellektual inkişafının dəstəklənməsi, debat mühitinin genişləndirilməsi və gənclərin ictimai fəallığının artırılması məqsədilə təşkil olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: