“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibət ilə Daşkəsən Rayonunda təşkili olunan tədbir.

23/06/2026, 15:25
xeber1

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibət ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov RİHBA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsinə ehtiramlarını bildiriblər. İcra Hakimiyyətinində davam etdirilən tədbir Dövlət Himninin səsilləndirməsi, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ölkəmizdə dövlət qulluğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, dövlət idarəetməsində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərdən söz açılıb. Sonda Daşkəsən RİHBA-nın bir qrup əməkdaşına 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanı ilə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: