Xəbərlər
240 nömrəli tam orta məktəbdə ilk təşkilat sədrinin seçkisi keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 240 nömrəli tam orta məktəbdə ilk təşkilat sədrinin təqaüdə çıxması ilə əlaqədar növbədənkənar sədr seçkisi keçirilib.Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edərək, demokratik və şəffaf səsvermə yolu ilə öz seçimlərini ifadə ediblər. Səsvermənin nəticələrinə əsasən, Pəri Qasımova səs çoxluğu ilə 240 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.Seçki prosesində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova qonaq qismində iştirak edib. O, yeni seçilən sədrə fəaliyyətində uğurlar arzulayaraq, ilk təşkilatın qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində kollektiv əməkdaşlığın və üzvlərin maraqlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.Sonda Pəri Qasımova ona göstərilən etimada görə həmkarlar ittifaqı üzvlərinə təşəkkürünü bildirib və üzvlərin hüquq və mənafelərinin qorunması, əmək və sosial məsələlərin həlli istiqamətində qarşılıqlı əməkdaşlığın daha da gücləndiriləcəyini qeyd edib.Yeni seçilən sədrə fəaliyyətində uğurlar arzulayır, həmkarlar ittifaqı təşkilatının gələcək fəaliyyətində yeni nailiyyətlər diləyirik.






