Xəbərlər
24.04.2025-ci il tarixdə Yevlax şəhər Gənclər məkanında ATİAHi Yevlax Rayon Komitəsi və Yevlax Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr edilmiş təhsil işçiləri arasında intellektual yarış keçirilib.

24.04.2025-ci il tarixdə Yevlax şəhər Gənclər məkanında ATİAHi Yevlax Rayon Komitəsi və Yevlax Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr edilmiş təhsil işçiləri arasında intellektual yarış keçirilib.İntellektual yarış dövlət himninin səslənməsi ilə başlanılıb.Ulu Öndər Heydər Əliyev ,akademik Zərifə xanım Əliyeva və vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Püşkatma ilə iştirakçılar komandalara bölünərək yarışa başlayıblar.Yarışın keçirilməsində əsas məqsəd təhsil işçilərinin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək,onlar arasında sosiallaşmanın ,əməkdaşlığın daha da artırılmasına köməklik etməkdir.
Yarişda I,II,III yerlərin qaliblərinə kubok,Fəxri fərman və hədiyyələr təqdim edilib.Fəal iştirakçılara isə Təşəkkürnamə verilib.
Tədbirin keçirilməsində göstərilən dəstəyə görə ATİAHİ
Respublika Komitəsinə təşəkkür edirik.





















