Xəbərlər
24.06.2026-cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Balakən şəhər Nizami Gəncəvi adına şəhər 1 nömrəki tam orta ümumtəhsil məktəbində yubiley tədbiri qeyd edilib

24.06.2026-cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Balakən şəhər Nizami Gəncəvi adına şəhər 1 nömrəki tam orta ümumtəhsil məktəbində Kantayeva Gülnara Ramazan qızının, Pürmənd Gülnarə Əli qızının, Hacıyev Ramiz Kamal oğlunun, Cəfərova Fatma Seyfəddin qızını yubiley tədbiri qeyd edilib. ETİHİ Balakən rayon komitəsinin hədiyyəsi çalışmanın yaş həddinə çatmış ittifaq üzvləri- Kantayeva Gülnara Ramazan qızına, Pürmənd Gülnarə Əli qızına, Hacıyev Ramiz Kamal oğluna, Cəfərova Fatma Seyfəddin qızına təqdim edildi. Göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları Azərbaycan Həmkarlar İttifaqı Komitəsinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirdilər. ETİHİ Balakən rayon komitəsi adından Kantayeva Gülnara Ramazan qızına, Pürmənd Gülnarə Əli qızına, Hacıyev Ramiz Kamal oğluna, Cəfərova Fatma Seyfəddin qızına can sağlığı, işlərində uğurlar, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.







