Xəbərlər
247 nömrəli tam orta məktəbdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

8 Noyabr – Zəfər Günü münasibətilə 247 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak edib.Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Tədbir zamanı Reyhan Ocaqova çıxış edərək xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, bu Zəfərin xalqımızın birliyinin, ordumuzun qüdrətinin göstəricisi olduğunu vurğulayıb.Daha sonra məktəblilərin 8 Noyabr – Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, şagirdlərin ifasında hazırlanmış bədii-kompozisiyalı səhnəciklər və musiqi nömrələri nümayiş etdirilib.
Tədbir boyu Zəfər ruhu, vətənpərvərlik və qürur hissi hakim olmuş, iştirakçılar şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edilib.













