“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

25 aprel tarixində Azərbaycan Tibb Universitetinin "Təbib" Tədris İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışı keçirilmişdir.

12/05/2026, 13:22
xeber1

25 aprel tarixində Azərbaycan Tibb Universitetinin "Təbib" Tədris İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışı keçirilmişdir. 🇦🇿


​Federasiyanın dəstəyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə reallaşan turnirdə tələbələr hədəf önünə keçərək öz məharətlərini nümayiş etdiriblər.


​Yarışda ölkənin aparıcı təhsilmüəssisələri yüksək rəqabət ruhu ilə təmsil olunub:

Bakı Ali Neft Məktəbi

Azərbaycan Dövlət İqtisad Universiteti

Bakı Mühəndislik Universiteti

Xəzər Universiteti

Dövlət Gömrük Komitəsinin Akademiyası

Qərbi Kaspi Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Azərbaycan Tibb Universiteti

Milli Aviasiya Akademiyası


​Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirak edən bütün tələbələri təbrik edirik!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: