“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

25 iyul 2026-cı il tarixində Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi Göygöl rayonuna istirahət və ekskursiya səfəri edib.

27/07/2026, 12:03
xeber1

25 iyul 2026-cı il tarixində Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi Göygöl rayonuna istirahət və ekskursiya səfəri edib. Səfərin əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin olunması və kollektiv üzvləri arasında mehribanlıq və həmrəyliyin daha da möhkəmləndirilməsi olub.


Səfər iştirakçıları Göygölün füsunkar təbiəti, təmiz dağ havası və gözəl mənzərələri ilə tanış olub, unudulmaz istirahət anları yaşayıblar. Göygöl bölgəsi yay mövsümündə ölkənin ən çox ziyarət edilən istirahət məkanlarından biridir və həmin günlərdə rayonda V Milli Yaylaq Festivalı da keçirilirdi. 


Belə sosial-istirahət tədbirləri kollektiv üzvlərinin motivasiyasının yüksəldilməsinə, sağlam həyat tərzinin təşviqinə və işgüzar mühitin daha da güclənməsinə mühüm töhfə verir. Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivinə xoş istirahət və yeni uğurlar arzulayırıq

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: