Xəbərlər
250 nömrəli məktəbdə şəhidlərin adını daşıyan sinif otaqlarının açılışı keçirilib

19 may 2026-cı il tarixində 250 nömrəli tam orta məktəbdə məktəbin və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanların və şəhidlərin adını daşıyan sinif otaqlarının açılışına həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, şəhid Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, şəhid Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl Xasiyeva, şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, şəhid mayor İlkin Razayevin anası Balaxanım Rzayeva, şəhid Eltun Qasımovun anası Aygün Qasımova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, Milli Məclisin deputatı Elman Nəsirov, 250 nömrəli tam orta məktəbin direktoru Gülanə Əliyeva, Nizami Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Eldəniz Zeynalov, eləcə də pedaqoji kollektiv iştirak ediblər.
Tədbir çərçivəsində şəhidlərin adını daşıyan sinif otaqlarına baxış keçirilib, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunub. Çıxış edənlər şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq yolunun gənc nəslə örnək göstərilməsinin və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tərəfindən şəhid Milli Qəhrəmanların adını daşıyan sinif otaqlarının açılışı münasibətilə şəhid anaları “Fəxri Fərman” ilə təltif olunublar.













