Xəbərlər
25.02.2026-cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsi üzv təşkilatı Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində "Xocalı soyqrımı"na həsr olunmuş tədbir keçirildi.

25.02.2026-cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsi üzv təşkilatı Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində "Xocalı soyqrımı"na həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şagirdlər tərəfindən Xocalı faciəsini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olundu, şeirlər səsləndirildi, səhnəciklər nümayiş etdirildi.
Çıxışlarda 1992-ci il fevralın 26-da baş vermiş qanlı hadisələrin xalqımızın yaddaşında silinməz iz buraxdığı, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğu vurğulandı.
Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak etmişdir. O, çıxışında Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini bildirmiş, belə tədbirlərin şagirdlərin tarixi yaddaşının formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Tədbirin sonunda bir daha qeyd olundu ki, xalqımız Xocalı qurbanlarının xatirəsini daim ehtiramla yad edir və bu faciə heç zaman unudulmayacaq.












