Xəbərlər
26 -27 avqust tarixində İsmayıllı rayonlarında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
26 -27 avqust tarixində İsmayıllı rayonlarında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Dağlıq Şirvan Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, təhsil müəssisələrin rəhbərləri, onların müavinləri, qabaqcıl müəllimlər və digər təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Keçirilən konfranslarda IV və VI siniflər üzrə aparılan monitorinqlərin, həmçinin IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri ətraflı təhlil olunub. Konfransın 2-ci günü məktəb rəhbərləri, müavinlər, ilk həmkarlar ittifaqı təşkilat sədrləri, kitabxanaçılar , psixoloqlar və fənlər üzrə metodbirləşmə sədrlərilə aparılan panel müzakirələrdə tədris ilində rastlaşmış problemlər və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. ETİHİ Rayon Komitəsinin sədri çıxış edərək təhsil işçilərinin asudə vaxtını və istirahətini səmərəli keçirilməsində ottifaq üzvlərinə sanatoriya və istirahət evlərinə yollayışların verilməsində dəstək olduğuna görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlığını bildirmişdir.
Konfransda çıxış edənlər yeni tədris ilində təlimin keyfiyyətinin artırılması və qarşıda duran prioritet vəzifələrin icrası istiqamətində görüləcək işlərdən bəhs etdilər.



