Xəbərlər
26 Fevral - Xocalı soyqırımı günüdür

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
ETİHİ Ağcabədi Rayon Komitəsinin xidməti təşkilatlarında 26 Fevral - Xocalı soyqırımı faciəsi yad edilr.
Şəhər 3 nömrəli körpələr evi uşaq bağçası həmkarlar təşkilatının sədri Ağayeva Aygün, müəllimiin təşkilatçılığı ilə Xocalı faciəsi yad edildi.














